İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazir, indiki səfir özünü 22-ci mərtəbədən atdı

Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinathi Emmanuel Nathi Mtetva Parisdə ölü tapılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları intihar ehtimalını araşdırır.

Cənubi Afrikanın keçmiş prezidenti Ceykob Zumanın yaxın adamı olan 58 yaşlı diplomatın cəsədi lüks Hyatt otelinin həyətində tapılıb. Otelin 22-ci mərtəbəsində qalırdı. İstintaqın məlumatına görə, hadisə yerindən tapılan qayçı ilə onun pəncərəsi sındırılıb. Diplomatı sonuncu dəfə bazar ertəsi günortadan sonra həyat yoldaşı görüb.

Prokuror Laura Bekquanın verdiyi məlumata görə, həmin axşam qadın ərindən üzr istədiyi və intihar etmək niyyətini bildirdiyi SMS mesajı alıb: “İlkin istintaq göstərir ki, bu, üçüncü şəxslərin müdaxiləsi olmadan qəsdən törədilən hərəkət ola bilərdi”.

Mtetva 2023-cü ilin dekabrından səfirliyə rəhbərlik edirdi. Cənubi Afrika prezidenti Siril Ramafosa onun ölümünü faciəli və vaxtsız adlandırıb: "Səfir Mtetva bütün həyatı boyu ölkəmizə müxtəlif vəzifələrdə xidmət göstərib və bu, vaxtından əvvəl və faciəli şəkildə başa çatıb".

Cənubi Afrika Xarici İşlər Nazirliyinin məlumatına görə, onun ölüm şəraiti Fransa hakimiyyət orqanları tərəfindən araşdırılır.

Mtetva uzun illər hökumətdə və Afrika Milli Konqresində yüksək vəzifələrdə çalışıb. 2014-2019-cu illərdə Mədəniyyət Nazirliyinə, daha sonra İdman, İncəsənət və Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl o, polis (2009-2014) və təhlükəsizlik naziri (2008-2009) olub. O, həmçinin 2010 FIFA Dünya Çempionatının Təşkilat Komitəsində çalışıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR