Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnoyarsk məhkəməsi jurnalist Svetlana Xustikin barəsində həbs qətimkan tədbiri seçib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NGS24.RU saytı məlumat yayıb.
İstintaq orqanlarının məlumatına görə, jurnalist ölkəni tərk edə bilərmiş, çünki onun xarici pasportu var.
İstintaqın versiyasına əsasən, 2023-cü ilin mayında Xustik Rusiyada “xarici agent” elan olunmuş media üçün Ukraynada müharibə zamanı Rusiya hərbçilərinin hərəkətləri barədə “bilə-bilə yalan məlumat” dərc edib. İstintaq iddia edir ki, Xustik “Radio Svoboda”, xüsusilə də “Sibir.Realii” layihəsi ilə əməkdaşlıq edib.
Məhkəmədə Xustik bildirib ki, o, “Radio Svoboda” ilə 2023-cü ilə qədər, yəni həmin təşkilat Rusiya hakimiyyəti tərəfindən “arzuolunmaz” elan olunmazdan əvvəl əməkdaşlıq edib.
Məlum olub ki, iş Rusiya ordusu haqqında “qərəzli motivlərlə yayılan yalan məlumatlar” maddəsi ilə aparılır. Bu, “maddi maraq və ya siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və düşmənçilik” motivləri ilə bağlı qiymətləndirilir. Belə ittiham üzrə cəza 10 ilədək azadlıqdan məhrumetmədir.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ