Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələrinin şərq cinahında müzakirə olunan “dron divarı” Ukraynanın qərbini və hətta Kiyevin üstündəki ərazini əhatə edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı “The Daily Telegraph” qəzeti yayıb.
Bildirilir ki, bir qrup yüksək rütbəli Qərb siyasətçiləri və hərbi rəsmiləri tərəfindən təklif edilən variantlardan biri Rusiya raketləri və PUA-larını ələ keçirmək üçün Qərbi Ukrayna üzərində hava hücumundan müdafiə sistemi qurmaqdır.
Nəşrin yazdığına görə, Böyük Britaniya da daxil olmaqla Avropa ölkələri “ABŞ-ın minimal köməyi ilə” fəaliyyət göstərməli olacaqlarını qəbul etməli və həmçinin etiraf etməlidirlər ki, onların bütün Avropa qitəsinin gələcəyinə təsir etmək imkanları onun müdafiəsi üçün hərbi gücdən istifadə etmək istəyindən birbaşa asılı olacaq.
Qeyd edək ki, “Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür, Rusiya ilə sərhəddə pilotsuz təyyarələrə qarşı çoxsəviyyəli monitorinq sistemi və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir. London layihədə Böyük Britaniya və Ukraynanın birgə istehsal etdiyi ələ keçirən pilotsuz təyyarələrdən Krallıqda istifadə edəcəyini açıqlayıb.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ