Onlayn ictimai-siyasi qəzet
Məşhur aktrisa və müğənni Cennifer Lopez etiraf edib ki, Ben Afflek ilə yollarını ayırması onun həyatında mühüm və hətta müsbət dönüş nöqtəsi olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 56 yaşlı sənətçi bu ayrılığın onu dəyişdirdiyini və daha yetkinləşməsinə kömək etdiyini bildirib. Onun sözlərinə görə, 2024-cü ilin avqustunda - toylarının ikinci ildönümü günü - cütlük "fikir ayrılıqları" səbəbindən münasibətlərinə son qoyub. Boşanma prosesi bu ilin əvvəlində başa çatıb.
Bir müsahibəsində Lopez bu qərarı "bir fürsət" adlandıraraq deyib: "Mən indi bir yarım il əvvəlki halımla müqayisədə tamamilə başqa bir insanam". Aktrisa əlavə edib ki, boşanma onun daha müstəqil və özünüdərkli olmasına səbəb olub.
Ulduz həmin dövrdə keçmiş həyat yoldaşının icraçı prodüseri olduğu "Hörümçək qadının öpüşü" filmi üzərində çalışdığını da xatırladıb: "Bu, mənim üçün çətin vaxt idi, amma iş bütün ağrılardan uzaqlaşmağıma kömək etdi. Hər səhnə, hər çəkiliş anı məni xoşbəxt edirdi, evdə isə hər şey fərqli idi".
Lopez deyib ki, ayrılıqdan sonra həyatının ən yaxşı yayını yaşayıb: "Mən indi çox xoşbəxt, sevincli və məmnunam".
O, həmçinin layihənin ərsəyə gəlməsində Ben Afflekin böyük rolu olduğunu vurğulayıb: "Əgər onun və Artist Equiti şirkətinin dəstəyi olmasaydı, film gerçəkləşməzdi. Mən bu rolu istəyirdim, o, isə "Yaxşı" dedi və bunun baş tutmasına yardım etdi".
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ