Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq Belarusla bağlı mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, diplomatın sözlərinə görə, Vaşinqton üçün Aleksandr Lukaşenko ilə münasibətlərin qurulması ilk növbədə siyasi məhbuslardan çox Rusiya prezidenti Vladimir Putinlə dialoq baxımından önəm daşıyır.
“Bizim üçün əsas məsələ Prezident Putinə öz mövqeyimizi çatdırmaq idi. Çünki Lukaşenko daim onunla əlaqədədir. Biz bilmirik, onlar nədən danışırlar, amma vacib odur ki, Putin siqnalları daha detallı alsın”, – deyə Kelloq bildirib.
ABŞ rəsmisi əlavə edib ki, siyasi məhbusların azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilsə də, bu prosesə aldanmaq olmaz: “Biz sadəlövh deyilik, bilirik ki, Lukaşenko birini azad edəndə, digərlərini həbs edir”.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ