Onlayn ictimai-siyasi qəzet
Türkiyənin milli aviaşirkəti Türk Hava Yolları Ermənistana birbaşa reyslər açmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, şirkət rəhbərliyinin bəyanatına əsasən, idarə heyəti Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşların həyata keçirilməsi barədə qərar qəbul edib. Bu addım bazar şərtləri və sərnişindaşıma imkanları nəzərə alınaraq atılıb.
Yeni istiqamətlərin açılması Türk Hava Yolları-nın regional şəbəkəsini genişləndirəcək və sərnişinlər üçün əlavə seçimlər yaradacaq.
Mütəxəssislərin fikrincə, bu qərar Ankaranın İrəvanla əlaqələri inkişaf etdirmək niyyətindən xəbər verir və həm turizm, həm də iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ