Onlayn ictimai-siyasi qəzet
İsrail mənbələrinin yaydığı peyk görüntüləri beynəlxalq aləmdə diqqət çəkib.
Musavat.com xəbər verir ki, yayılan fotolarda Rusiyaya məxsus Su-30SM2 tipli qırıcıların İrana ötürülməsi iddia olunur. Mənbələrin açıqlamasına görə, yuxarı fotoda təyyarənin Rusiyadakı aviasiya zavodunda yüklənmə anı əks olunub, digər görüntüdə isə qırıcıların İsfahan şəhərində yerləşən TAB-8 aviabazasında boşaldılması görünür.
Rəsmi dairələrdən hələlik bu məlumatı təsdiqləyən açıqlama verilməyib. Bununla belə, yayılan görüntülər bölgədə hərbi balansın dəyişməsi ilə bağlı yeni müzakirələri gücləndirib. Analitiklər ehtimal edirlər ki, əgər iddialar doğru çıxarsa, bu addım Yaxın Şərqdə güc nisbətinə ciddi təsir göstərə bilər.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ