İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı təxribatçı sözlər işlətdi

“Ermənistan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan öz imzasını geri götürməməlidir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Andranik Köçəryan deyib.

“Üçtərəfli bəyanatın 3 imzası var – Azərbaycan, Rusiya və Ermənistan. Bütün tərəflərin bu sənəd çərçivəsində atəşkəs rejimini qorumaq öhdəliyi var. Bu vəzifələrə Qarabağ ermənilərinin öz evlərinə qayıtması daxildir”, - deyə o bildirib.

Qeyd edək ki, Andranik Köçəryan burada “Qarabağ erməniləri” yerinə “artsaxlılar” ifadəsini işlədib. Bu da Ermənistan iqtidarının təxribatçı niyyətindən xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR