Onlayn ictimai-siyasi qəzet
“Bəlkə də o vaxt bu məsələ hələ yetişməmişdi, indi yetişib”.
Musavat.com-un məlumatına görə, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan aprelin 24-də Tsitsernakaberd memorial kompleksində jurnalistlərlə söhbətində bunu Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı bəyanatının uğuruna niyə bu qədər arxayın olduğu sualına cavab verərkən bildirib. Xatırladıb ki, son 7 ildə çoxlu oxşar bəyanatlar səsləndirildiyi halda, heç bir nəticəyə gətirib çıxarmayıbsa, bütün bu hərəkətlər məsələnin aktuallaşmasına gətirib çıxarıb.
Yeni hərəkata kimin rəhbərlik edəcəyinə gəlincə, üçüncü prezident bildirib ki, hazırda rəhbərliyi kimin üzərinə götürəcəyi məlum deyil. Onun ölkəyə rəhbərlik etməyə hazır olub-olmaması ilə bağlı suala Sərkisyan mənfi cavab verib.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ