İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan sürpriz TƏKLİF - Sülhlə bağlı Azərbaycana müraciət etdi

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu" forumunda deyib.

O, yenidən Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin maddələrinin imzalanmasını təklif edib.

"Qalan 16 maddədən üçü qismən razılaşdırılıb", - deyə o əlavə edib.

Paşinyan bildirib ki, sülh müqaviləsi sənədi Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi “qismən razılaşdırılmış” sülh müqaviləsinin imzalanmasını qəbuledilməz hesab etdiyini bəyan edib və yenidən İrəvandan Konstitusiyanın dəyişdirilməsini tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR