İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Nobel”i haqq edəcəkmi?

Ermənistanın baş naziri Sülh Mükafatı almaq şansını itirə bilər; xarici havadarlarından aldığı sifariş rəsmi İrəvana konstruktiv mövqe sərgiləməyə imkan vermir; ekspertlərdən fərqli mövqelər...

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra böyük sülh müqaviləsinin imzalanacağına müəyyən ümidlər yaranıb. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.

Amma bu da var ki, Ermənistan və işğalçı ölkəni himayə edən dairələr yenidən gərginliyin artmasına yönəlik təxribatlara əl atırlar. Məsələn, Ermənistan ordusu Daşkəsən istiqamətində Azərbaycana məxsus mühəndis texnikasını atəşə tutduğu saatlarda Fransa prezidenti gərginliyi tətikləyən mövqe sərgiləyir. Bu davranışlar isə Paşinyan-Makron cütlüyünün Praqa görüşü və razılaşdırılan bəyanatla bir araya sığmayan hərəkətlərdir. Bəzi müşahidəçilər ara-sıra gərginliyin tətiklənməsində Rusiyanın rolunun olduğunu vurğulayırlar. Düzdür, Moskva sülh təşəbbüsünün əldən çıxmasını istəmir və açıq-aydın bununla bağlı mövqelər var. Lakin Fransa prezidentinin hərəkətləri ondan xəbər verir ki, səbəbkar tək Rusiya deyil.

Rəsmi Bakı isə bəyan etdiyi kimi, prinsiplərə sadiqdir. “Azərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementləri Ermənistan tərəfinə təqdim etmişik”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə deyib. Nazir bildirib ki, qarşı tərəf baza prinsiplərinin öyrənilməsi üçün vaxt istəyib: “Hələ ki Ermənistan tərəfindən reaksiya verilməyib. Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir”.

Dağlıq Qarabağ problemini kökündən həll etmək istəyirik – Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəlib, indi bunu həyata keçirmək qalır. O əlavə edib ki, Bakı və İrəvan arasında son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: “Azərbaycanla Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var. Onları reallaşdırmaq lazımdır”.

Ermənistan Xarici İşlər Nazirliyi isə dərhal Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan və Azərbaycanın sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiyi barədə bəyanatına reaksiya verib. XİN-in mətbuat katibi Vaan Hunanyan vurğulayıb ki, Azərbaycanla danışıqlar davam edir və Praqa görüşündən sonra verilən bəyanatdan başqa bu məsələdə heç bir irəliləyiş yoxdur. “Yeni irəliləyişlər olarsa, biz, əvvəlki kimi, ictimaiyyəti lazımi şəkildə məlumatlandıracağıq”, - deyə o bildirib. O, Ermənistana münasibətləri normallaşdırmaq üçün təqdim edilən təklifləri açıqlayıb:

- Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Genişləndirilmiş prinsiplərdə də, əlbəttə, mahiyyət dəyişmir və Ermənistanın bunu “öyrənmək üçün” vaxt istəməsi bəzi şübhələrə də yol açmış deyil. İrəvan hakimiyyəti Ermənistanda revanşist əhval-ruhiyyədən ehtiyat edir və bu səbəbdən son prosesin uzadılmasında maraqlıdır. Paşinyan yəqin ki, Rusiyanın onun iradəsindən kənar razılaşmaya mümkün reaksiyasından da ehtiyat edir. O səbəbdən ilin sonunda gözlənilən sülh razılaşmasının imzalanması qeyri - müəyyən zamana qədər gecikə bilər.

“Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər”. Manşet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. O, həmçinin qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir. Qriqoryan qeyd edib ki, bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.

Bu arada erməni mənbələri yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana 2023-cü ilin "Nobel" Sülh Mükafatı vəd edilib. İddiaya görə, əgər 2022-ci ilin sonuna qədər onlar sülh sazişi imzalayarlarsa, hər iki liderə 2023-cü ildə "Nobel" Sülh Mükafatı veriləcəyi bildirilib. “Hraparak” nəşri öz yazdığını özü də şübhə altına alıb. Qeyd edib ki, bu cür məlumatların qəsdən yayılması istisna deyil. “Çünki geosiyasi mərkəzlər öz ideyalarına uyğun olaraq Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında və regionda sülhün bərqərar olmasında bizdən daha çox maraqlıdırlar. Lakin istisna etmək olmaz ki, tərəflər öz ambisiyaları ilə oynayaraq bu cür vədlərlə tərəfləri maraqlandırmağa çalışırlar”, - qəzet qeyd edir.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti bu gün dünyaya örnək olan addımlar atır: “Nəzərə almaq lazımdır ki, dünya siyasəti tarixində bu gün cənab Prezident tərəfindən irəli sürülən ideyaların presedenti belə yoxdur. Diqqət edək, biz 30 il ərzində işğala məruz qalmışıq, torpaqlarımız qəsb edilib. Öz gücümüzlə, cənab Prezidentin qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad etmişik. Beynəlxalq hüququn təmin edilməsinə nail olmuşuq. Eyni zamanda qələbəmiz Cənubi Qafqaz regionunun gələcəyi üçün mühüm siyasi sabitlik və iqtisadi davamlılıq vəd edir”. Politoloq əlavə etdi ki, ölkə rəhbəri bütün təxribatlara, Ermənistanın və havadarlarının aqressiv siyasi kursuna rəğmən, daim sülhdən danışır: “Azərbaycan 30 illik işğal dönəmində də hər zaman sülhə və barış mühitinə dəyər verib. Sülhlə torpaqların qayıtmağına çalışıb. Bu gün də biz Ermənistana 5 maddəlik sülh razılaşması təklif etmişik və ilin sonunda yekun sülh müqaviləsinin imzalanması ehtimalları çox böyükdür. Lakin bütün bunlara rəğmən, Ermənistanın təxribatçı addımları dayanmır. Belə olan təqdirdə Azərbaycan Prezidenti nüfuzlu siyasi lider kimi Nobel Sülh Mükafatına birmənalı layiqdir. Hesab edirəm ki, heç olmasa, bu dəfə dünya daha ədalətli davranaraq mükafatı cənab Prezidentə təqdim edə bilər”. Paşinyana gəldikdə, T.İsmayılov hesab edir ki, Ermənistanın hökumət başçısı əsla heç bir meyarla belə bir mükafatı ala bilməz: “Çünki o, hakimiyyətə gəldiyi ilk gündən əvvəlki xuntanın faşist zehniyyətini davam etdirib. İstənilən halda sülhün əldə olunmağında Şarl Mişel və Avropa İttifaqı Şurası indi daha səmimi görünür. Bu üzdən də Paşinyanın adını çəkdirməklə bir növ onu şirnikləndirmək istəyə bilərlər”. Ekspert bir əlavəsini də etdi: “Bu iddia Ermənistan mediasında çıxıb, Nobel Komitəsinin hələ ki yekun bir mövqeyi yoxdur”.

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial  xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

 İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə bu fikirdədir ki, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Regionda olan və kənar geosiyasi oyunçular sülhü öz maraqları naminə istifadə etməyə çalışırlar. Brüssel sülh formatında böyük məsafə qət edilib və ali səviyyədə artıq 5 görüş arxada qalıb. Görüşlər və diplomatik təmaslar təbii ki, gərginliyin aşağı salınması ilə yanaşı, etimadın da güclənməsinə xidmət edir. Praqada qeyri-rəsmi görüş zamanı və iki bloka ayrılan görüşlərin fasiləsində Azərbaycan və Ermənistan lideri arasında kameralara mühüm dialoq elementləri yansıdı. Lakin Ermənistan yalnız prosesləri uzatmağa və bununla vaxt udmağa çalışır”. İ.Hüseynov xatırlatdı ki, önümüzə gələn il Türkiyədə mühüm prezident seçkiləridir: “Burada Ərdoğanın seçilməməsinə Ermənistan iqtidarı, erməni lobbisi və digər koalisiyalar da çalışır. Bununla yanaşı, sülhlə bağlı bütün işlər yoluna qoyulmalıdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyri-rəsmi kanallarda yayılan və Vaşinqtonda müzakirə edildiyi iddia olunan sənədin həqiqiliyini dolayı yolla təsdiqləyib”. Nobel mükafatına gəlincə, İ.Hüseynov qeyd etdi ki, əgər SSRİ-ni dağıdan Mixail Qorbaçova bu mükafatı verirlərsə, Nikol Paşinyana da Nobel üzrə sülh mükafatı verilə bilər: “Təki sülh prosesində səmimilik və şəffaflıq təmin olunsun və Azərbaycanın şərtləri yerinə yetirilsin”.

“Avropa ittifaqının texniki qrupu bu gün (13 oktyabrda-red.) İrəvana gələcək. Onlar öz missiyalarının Azərbaycanla sərhəddə dislokasiya yerlərini müzakirə edəcəklər”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib. Missiyanın Azərbaycanla sərhəddə monitorinqlər aparacağı bildirilir. Ermənistanın sərhədlərinə nəzarət funksiyasını həyata keçirən Rusiyanın buna hansısa sürprizinin olacağını proqnozlaşdırmaq olar. Belə olduğu halda, Paşinyanın “sülh mükafatı”nı əldə etməsi də ürəyində qala bilər...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR