İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistanda hamı kredit götürür, lakin heç kim qaytarmaq istəmir

Ermənistanda 1 milyon dramdan (1500 ABŞ dolları) az krediti olan 218 min insan var ki, bu da ən azı üç il etibarsız kreditlər kimi təsnif edilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan hökumətinin dekabrın 12-də keçirilən iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, yerli vətəndaşlar kredit götürməyin risk və məsuliyyət olduğunu tam dərk etmir. “Hər gün mənə 20-30 məktub gəlir: “Kredit götürmüşəm, ödəyə bilmirəm”. Bu, sadəcə olaraq qəbuledilməz söhbətdir. Bu ona bənzəyir ki, küçədə gedərkən bir kişi sizə yaxınlaşıb deyir: Üşüyürəm, paltarını mənə ver”, - deyə Paşinyan Ermənistanda kredit borcu olanlara belə “təsəlli verib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR