Onlayn ictimai-siyasi qəzet
“Qarabağ”ın futbolçuları üçün bu gecəki nəticə olduqca gözlənilməz və üzücü olub.
Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyunda alınan 0:5 hesablı məğlubiyyət yığmada çıxış edən “Qarabağ” futbolçularına da ağır təsir edib.
Elvin və Toral oyunun ardından ən çox məyusluq yaşayan futbolçular arasında idilər. Onların emosiyaları göstərirdi ki, belə böyükhesablı nəticələrə öyrəşməyiblər və bu məğlubiyyət şəxsi olaraq da onlara ciddi təsir edib.
Qeyd edək ki, “Qarabağ” son illərdə həm ölkə daxilində, həm də avrokuboklarda əldə etdiyi uğurlarla azarkeşlərini qələbələrə öyrəşdirib. Bu səbəbdən məğlubiyyət futbolçular üçün daha da ağır qarşılanır.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ