İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı neft hasilatını sürətlə artırmağa hazırlaşır

OPEC+ razılaşmasının liderlərindən biri olan Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün OPEC+ üzvləri tərəfindən neft hasilatının artırılmasını sürətləndirmək istəyir. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.

Məlumdur ki, OPEK+ -un 8 üzvü gündəlik 2,2 milyon barellik könüllü azaltmanı 4 ay ərzində aradan qaldırıb. İndi 1,65 milyon barellik daha bir azaltma həddi var, onun 2026-cı ilin sonunadək tədricən aradan qaldırılması nəzərdə tutulurdu. Agentliyin mənbələrinə görə, Ər-Riyad bu həcmin də sürətləndirilmiş qrafiklə bərpa olunmasını istəyir və OPEK+ razılaşmasının digər üzvlərini buna təşviq edir.

Səkkiz OPEC+ ölkəsinin görüşü sentyabrın 7-nə planlaşdırılıb.

Qeyd edək ki, hazırda bazarda neft artıqlığı müşahidə olunur, hazırkı şərtlər daxilində ilin sonunadək onun daha da artacağı gözlənilir. Bu halda OPEK+ üzvlərinin hasilatı daha sürətlə artırması bazarda qiymətləri kəskin ucuzlaşdıracaq amilə çevriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR