Onlayn ictimai-siyasi qəzet
Gerbimizin üzərində nə var? Emblemimiz, əsasən, psixologiyamızı əks etdirir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
“Bu gerb Ağrı dağında Nuhun gəmisini təsvir edir. Bəs 1991-ci ildə qəbul etdiyimiz gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Nuhun gəmisi Ağrı dağında yerləşir və indiki Ermənistanın ərazisi su altında qalıb. Üstəlik, burada Ermənistanda uzun müddət təbii şəraitdə yaşamayan şir təsvir olunub. Söhbət hər birimizdə mövcud olan bir dualizmdən gedir: “tarixi Ermənistan” və real Ermənistan. Əsl Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana? Bu, cavab verməli olduğumuz siyasi və əbədi sualdır. İstəsək, bu məsələni münaqişəsiz həll edə bilərik, çünki “tarixi Ermənistan”ın (qondarma-red.) 12 “paytaxtından” 6-sı (?) Ermənistan Respublikasının ərazisində yerləşir. Bəs sonuncu dəfə bu “paytaxtlarda” nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə idilər? Ənənələr və dəyərlər haqqında çox danışın. Bu gün tarixi rəmzlərimiz xarabalıqdadır. Gerbimiz gələcək haqqında nə deyir? Qeqam Manukyan (“Ermənistan” blokundan deputat – red.) deyir ki, bu bizim kadastr kağızımızdır. Əgər onu kadastr kağızı kimi qəbul etsək bununla ətrafımıza “bizi məhv edin” dmeiş olarıq”,-deyə Paşinyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ