Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində 109 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Ebbot bildirib.
Qubernator əlavə edib ki, 161 nəfər itkin düşüb. Onların arasında yay düşərgəsindən olan beş uşaq və bir işçi də var.
ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər etmək planlarını açıqlayıb. İyulun 6-da Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının nəticələrinin aradan qaldırılmasında yerli xidmətlərə kömək edir.
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ