Onlayn ictimai-siyasi qəzet
“Müxalifətin əksəriyyəti zorakılığı artıq qaşısına hədəf qoyub”.
Musavat.com emrəni mediasına istinaədn xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
“Bu çox yanlış bir yoldur. Çünki hamının ali məqsədləri ola bilər və bu məqsədlər bir-birindən fərqlənə bilər. Təsəvvür edin ki, biz qərara gəlsək ki, ali məqsədlərimiz naminə müxalifətçiləri aradan götürməliyik – bu xaosa aparan yoldur. Hər kəs öz ali məqsədi üçün zorakılığa əl ata bilər. Bu da xaosa aparır”,-deyə Paşinyanın deputatı qeyd edib.
Jurnalistlər isə hakim partiyanın üzvü Arsen Torosyanın bir neçə il əvvəl dediyi sözləri xatırladaraq onu sitat gətirdilər: “Onu küçəyə çıxan kimi güllələməli, məhv etməli idilər. Yaralansa da, ölsə də, fərq etməzdi.”
Rubinyan cavabında bildirib: “Orada söhbət “Brabus” sürücüsündən gedirdi. Polis tələb etməsinə baxmayaraq dayanmamışdı, küçələrdə sürətlə gedirdi və kimisə öldürə bilərdi. Bəli, kim qanuni polis tələbini yerinə yetirmirsə və bu ictimai təhlükəsizlik üçün təhlükəyə çevrilirsə, polis istənilən tədbir görə bilər. Sizin gətirdiyiniz nümunə ilə mənim dediklərimin əlaqəsi yoxdur.”
Jurnalistlər Rubinyanın müşaviri və sürücüsünün parlamentdə nalayiq hərəkət etdiyini və iclas zalına girdiklərini bildirəndə isə Rubinyan cavab verib: “Birincisi, mənim köməkçim hamilədir və analıq məzuniyyətindədir. Arman Baxudaryan mənim müşavirimdir. İkincisi, mənim sürücüm ümumiyyətlə binada olmayıb. Üçüncüsü, müşavirim Akop Arşakyanla birlikdə dayanmışdı. Robert Koçaryanın oğlunun köməkçisi Akopu təhqir edəndə müşavirim onu sakitliyə çağırıb. Heç kimə əl qaldırmayıb....”
Bu sözlərdən sonra jurnalistlərlə Rubinyan arasında mübahisə yaranıb və ona çıxışını davam etdirməyə imkan verilməyib. Jurnalistlər Rubinyana medianı hədəfə almağı davam etdirəcəksə, brifinqi tərk etməsinin daha yaxşı olacağını bildiriblər. Bunun ardınca Rubinyan zalı tərk edib.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ