Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Financial Times” nəşri Avropanın ən böyük limanı olan Rotterdam limanında NATO-nun tələbi ilə mümkün Rusiya hərbi təhdidinə qarşı hazırlıqların başlandığını yazır.
Məlumata görə, hazırda limanda bir sıra strateji addımlar atılır:
Hərbi yüklərlə dolu gəmilər üçün xüsusi dayanacaqlar ayrılır;
Silah və sursatların Şərqi Avropaya ötürülməsi üçün yeni logistik marşrutlar planlaşdırılır;
Mövcud konteyner terminalı əsas yükləmə və boşaltma mərkəzinə çevriləcək;
Liman ərazisində amfibiya (su və quru) hərbi təlimlərinin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Rotterdam limanının direktoru həmçinin Avropa İttifaqını yalnız neft və qaz ehtiyatları ilə kifayətlənməməyə, mis, litium və qrafit kimi strateji xammalların da ehtiyatını yaratmağa çağırıb. Onun fikrincə, bu yalnız hərbi təhlükəsizlik baxımından deyil, sənaye və texnoloji dayanıqlıq üçün də həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, NATO son aylarda Rusiya ilə potensial hərbi toqquşma ehtimalına qarşı üzv dövlətlərdə infrastruktur və logistik hazırlıqları artırmaq üçün təcili tədbirlər görür. Rotterdam limanında görülən bu addımlar da həmin strategiyanın bir hissəsidir.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ