Onlayn ictimai-siyasi qəzet
Ermənistanda "Çiçəklənən Ermənistan" Partiyasının sədri, tanınmış oliqarx və keçmiş deputat Qagik Tsarukyan Antikorrupsiya Komitəsinə ifadə vermək üçün dəvət olunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hazırda onun hansı cinayət işi çərçivəsində və hansı prosessual statusda çağırıldığı barədə rəsmi məlumat verilmir.
Qeyd edək ki, Qagik Tsarukyan uzun illərdir Ermənistanın siyasi və iqtisadi həyatında mühüm fiqur kimi çıxış edir. Keçmişdə bir neçə dəfə deputat mandatı daşımış Tsarukyan, ölkənin ən zəngin iş adamlarından biri olmaqla yanaşı, müxtəlif iri biznes strukturlarına nəzarət edir. Onun rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası uzun müddət parlamentdə mühüm müxalif qüvvə kimi fəaliyyət göstərmiş və xüsusilə regional seçicilər arasında ciddi dəstəyə malik olub.
Qagik Tsarukyan-ın “Multi Group Concern” adlanan holdinqi 30 dan çox əsas və yan-sahədən ibarət iri biznes strukturunu idarə edir. Bunlara aşağıdakılar daxildir:
“Yerevan Ararat Brandy Wine Vodka Factory” — məşhur “Noy” brendi ilə, 2002 ci ildən onun nəzarətindədir. “Ararat Cement Factory”- 1927 ci ildən fəaliyyət göstərən sement fabriki, 2002 ci ildə onun xeyrinə özəlləşdirilib. Kotayk Brewery-bu şirkət Abovyan şəhərində pivə istehsalı ilə məşğuldur. Tsarukyan pnu 1995 ci ildə alıb, sonra satıb, 2011 ci ildə yenidən geri alıb. Global Motors, Multi Leon (LPG stansiyaları), Multi Stone (daş emalı), Multi Rest House (otel kompleksi), Multi City House (tikinti), eləcə də Aviaservice (aviaxidmətlər) kimi şirkətlər də onun holdinqinə daxildir.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ