İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan xəbərdarlıq: Dünya bazarında gündəlik 1,1 milyon barel neft artıqlığı yaranacaq

2025-ci ildə qlobal maye karbohidrogen hasilatı sutkada 1,81 milyon barel artaraq 104,61 milyon barel olacaq.

Musavat.com xəbər verir ki, bu proqnoz ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında yer alıb. Bu, qurumun əvvəlki hesabatındakı qiymətləndirmədən 260 min barel çoxdur.

2026-cı ildə EIA hasilatı sutkada 105,72 milyon barel səviyyəsində gözləyir - indiki göstəricidən 1,11 milyon barel yüksək. Bundan əvvəl isə artım tempinin sutkada 0,79 milyon barel olacağını proqnozlaşdırırdı - 105,14 milyon barel.

Administrasiya analitikləri bunu OPEC+ üzvləri və ABŞ, Braziliya, Kanada və Qayana kimi razılaşmadan kənar ölkələrdə hasilatın sürətli artımı ilə izah edirlər.

EIA-ya görə, bu il neftə qlobal tələbat gündəlik 103,54 milyon barel təşkil edəcək. Beləliklə, bazarda demək olar ki, 1,1 milyon barel təklif profisiti yaranacaq. Oxşar rəqəm 2026-cı ildə də qalacaq və tələbat 104,59 milyon barelə yüksələcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR