İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Suriyada 11-ci hərbi bazasını qurdu

Musavat.com xəbər verir ki, İsrail Suriyada yerləşdirdiyi hərbi bazalarının sayını artıq 11-ə çatdırıb.

Son məlumata görə, İsrail qüvvələri Şam şəhərinə cəmi 35 kilometr məsafədə yeni hərbi baza inşa edib. Həmin bazada karadan havaya raket sistemləri yerləşdirilməyə başlanıb.

Bundan əlavə, məlumatlarda deyilir ki, İsrail yeni bazalarında hərbi helikopterlər üçün xüsusi meydançalar da tikir. Bu isə İsrailin Suriyadakı əməliyyat potensialını daha da artırmağa xidmət edir.

Maraqlıdır ki, Suriyanın şimal-qərbində güclü təsirə malik olan HTŞ (Heyət Təhrir əş-Şam) təşkilatından bu proseslərlə bağlı hələlik heç bir açıqlama verilməyib və ciddi reaksiya müşahidə olunmur.

Ekspertlər hesab edirlər ki, İsrailin bu addımı İranın və onun dəstəklədiyi qruplaşmaların bölgədə möhkəmlənməsinin qarşısını almağa yönəlib. Həmçinin, bu gediş regionda yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR