İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Davosa gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün sabah Davosa gedəcək.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Bazar ertəsi Davosda Dünya İqtisadi Forumu başladı, amma mən sizin suallarınızı cavablandırmaq üçün getmədim”.

Bunu bu gün hökumət saatında baş nazir Nikol Paşinyan deputatlara deyib.

“Orada panel müzakirələrində iştirak təmin edilir. Bir sıra görüşlərim olacaq, beynəlxalq tərəfdaşlarla problemlərimizi müzakirə edəcəyik” - baş nazir əlavə edib.

Nikol Paşinyanın sözlərinə görə, böyük ehtimalla İsveçrənin erməni icması ilə də görüş nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR