İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin yaz sessiyası başldı: Milli Məclis sədrindən İrandakı terrora kəskin etiraz

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası öz işinə başlayıb. Dövlət himnimizin səsləndirilməsindən sonra spiker Sahibə Qafarova ilk olaraq İrandakı səfirliyimizdə törədilən terror aktından bəhs etdi.

Spiker bildirdi ki, Milli Məclis bu xain hücumu şiddətlə qınayıb, terror hadisəsində əli olanların cəzalandırlmasını tələb edib. Eyni zamanda Milli Məclis üzvləri mediada çıxış edərək Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını qəti şəkildə pisləyiblər, cinayətkarların cəzalandırılması tələbini səsləndiriblər. S.Qafarova şəhid Orxan Əsgərova rəhmət dilədi, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi, yaralılara şəfa dilədi.

MM sədri daha sonra parlamentin nümayəndə heyətinin yanvar ayı ərzində xarici ölkələrə etdiyi səfərlər, keçirdiyi görüşlər barədə məlumat verdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR