İnsanlara hürriyət, millətlərə istiqlal!

Park ərazisindəki restoranın tüstüsü vətəndaşların istirahətinə mane olur - VİDEO

Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkında yerləşən restorandan şikayət var. “El chacho” restoranından yayılan kabab iyi və tüstüsü vətəndaşların istirahətinə mane olur.

Musavat.com-a müraciət edən vətəndaşlar bildirirlər ki, axşam saatlarında park ərazisində kabab qoxusundan gəzmək mümkün deyil.

Vətəndaş Adil Rüstəmov deyir ki, axşamlar ailəsi, övladları ilə parkda rahat gəzə bilmir: “Restorandan gələn kabab iyi bir tərəfdən, bacadan çıxan tüstü digər tərəfdən istirahət etməyimizə imkan vermir. Bu cür gözəl park yaradılıb, yaşıllıqdır, hər bir şəraiti var, uşaqlar üçün də attraksionlar yerləşdirilib, ərazisi gəzmək üçün kifayət qədər genişdir, amma kabab tüstüsündən boğuluruq. Parkda restoran olar? Xahiş edirəm, bu məsələyə əncam çəkilsin”.

Məsələ ilə bağlı “El chacho” restoranı ilə əlaqə saxladıq. Bildirildi ki, şikayətdən xəbərdardırlar. Rəhbərliklə danışa bilməsək də, adının açıqlanmasını istəməyən işçi Musavat.com-a bildirdi ki, bu gün polis idarəsindən gəliblər: “Heç bir problem yoxdur. Restoran parkın içindədir. Müdiriyyət xaricdədir. Şikayətlə bağlı bu gün polis idarəsindən yaxınlaşıblar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Musavat.com-a bildirildi ki, şikayət qeydə alınıb, araşdırma aparılır.

Nigar HƏSƏNLİ,
Musavat.com
FOTOLAR, VİDEO müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR