İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəldi

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Məlumata görə, bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub.

Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.

İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.

Hələlik 80 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR