İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR