İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iş adamı Balidə itkin düşdü - FOTO

Bali adasında təkbaşına qayıqla okeana çıxan rusiyalı iş adamı Sergey Yeliseyev itkin düşüb. 

Sergey bir qrup dostla adaya gəlib. O, ötən gecə mənzərəli balıqçılıq sahili olan Amed bölgəsində itkin düşüb. Sonuncu dəfə yerli vaxtla 21:30-da əlaqə saxlanılıb. Sergey videozəngdən ayrılıb, dostları səhərə qədər onun qayıtmasını gözləyib. Səhər balıqçı qayığı tapıb və sahilə çıxarıb. Qayığın içində qohumları Sergeyin bütün əşyalarını tapıblar: iki telefon, noutbuk və çıxarkən geyindiyi şort.

Dostların sözlərinə görə, qayıq dayanıb və onu axın aparıb, ona görə də Sergey əşyalarını atıb üzmək məcburiyyətində qalıb. 

Polis və könüllülər Yeliseyevin axtarışına çıxıb.

“Mash” teelqram kanalının yaydığı məlumata görə, əvvəllər Sergey qeyri-qanuni narkotiklərlə məşğul olub və tez-tez səyahət etmək üçün bir qayıqla okeana tək çıxıb. 

36 yaşlı sahibkar pəhriz qidası sayılan “granola” istehsal edən şirkətin təsisçisidir.  (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR