İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinirlioğlu - Mirzoyan görüşü: Bakı və Ankara ilə danışıqlar müzakirə edildi

Xəbər verdiyimiz kimi, ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistanda səfərdədir.

Səfər çərçivəsində o, xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Bu barədə məlumat Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanıb.

Görüş zamanı tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə aparılan danışıqlar və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətindəki prosesləri müzakirə ediblər. Ararat Mirzoyan çıxışında Azərbaycanla sülh sazişi mətninin razılaşdırılmasının bölgədə sabitliyin təmin olunması üçün önəmli mərhələ olduğunu bildirib.

Qeyd edək ki, Sinirlioğlunun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə məlumat bu gün Musavat.com saytında işıqlandırılıb. Həmin görüşdə də Ermənistan-ATƏT münasibətləri və Bakı-İrəvan danışıqlarının gələcəyi müzakirə olunmuşdu.

Sinirlioğlunun İrəvana səfəri fonunda onun həm regiondakı sülh səylərinə, həm də ATƏT-in sonrakı fəaliyyət konturlarına dair mesajlar verdiyi ehtimal olunur. Azərbaycanın ATƏT-in Minsk Qrupuna münasibətindəki skeptisizm və təşkilatın 30 illik fəaliyyətinin nəticəsiz qalması səbəbilə, Sinirlioğlunun mövqeyi diqqətlə izlənir. Azərbaycanın bu struktura qarşı mövqeyi sərt olsa da, Sinirlioğlunun Türkiyədən olması və diplomatik təcrübəsi Bakının da onu diqqətlə dinləməsinə şərait yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR