Onlayn ictimai-siyasi qəzet
Türkiyə 1-ci liqasında 35-ci turun oyunları davam edir.
Azərbaycanlı futbolçuların komandaları da növbəti oyunlarını keçiriblər.
Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” evdə “Fatih Karagümrük”ü 1:0 hesabı ilə məğlub edib. Vüsal 90+5-ci dəqiqədə oyuna qoşulub.
Coşqun Diniyevli “Çorum” isə səfərdə “Amedspor”a uduzub – 0:1. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
Hazırda “Boluspor” 52 xalla 8-ci, “Çorum” isə 51 xalla 10-cu pillədə mövqe tutub. (Fanat.Az)
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ