Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Ukraynada elan edilmiş "Pasxa atəşkəsi"nin 20 aprel bazar günündən sonra da davam etməsini arzuladıqlarını bildirib.
Musavat.com xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi "Suspilne"yə verdiyi açıqlamada qeyd edib:
“Biz istəyirik ki, bu sükut rejimi bazar günündən sonra da davam etsin. Artıq ölüm və dağıntının dayandırılmasının vaxtıdır. Bu müharibəyə son qoyulmalıdır”.
Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin atəşkəsin uzadılması barədə heç bir göstəriş vermədiyini açıqlayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiga da məsələ ilə bağlı danışaraq bildirib ki, Ukrayna 30 günlük tam atəşkəsə hazırdır:
“Biz Moskvadan hələ də cavab almadıq. Gecəyarısından sonra və qarşıdakı həftədə Rusiyanın atacağı addımlar, ABŞ-ın sülh təşəbbüslərinə və ümumilikdə bu təklifə olan münasibətini açıq şəkildə göstərəcək”, – deyə diplomat bildirib.
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ