İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Rusiya atəşkəs vədini 2000 dəfədən çox pozub”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün saat 20:00-a qədər Rusiya ordusu özünün elan etdiyi atəşkəsi 2000-dən çox dəfə pozub.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya qüvvələri gün ərzində 67 hücum həyata keçirib, onların əksəriyyəti Pokrovski istiqamətində baş verib. Bundan əlavə, 1355 dəfə atəş açılması qeydə alınıb.

Zelenski qeyd edib ki, Rusiya faktiki olaraq cəbhənin əsas istiqamətlərində elan etdiyi “sükutu” qoruyub saxlaya bilməyib:

“Ukrayna təklif edir ki, ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, mülki infrastruktura qarşı uzaqmənzilli dron və raket hücumları dayandırılsın. Əgər Rusiya bu addıma razılaşmasa, bu, onun yalnız müharibəni və insan həyatını məhv etməyə davam etmək istədiyinin sübutu olacaq”, – deyə prezident vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR