İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə və Fransa səfirləri Azərbaycanla sərhədə niyə gəlib?

Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaqer Sünik(Zəmgəzur) bölgəsinə səfəri çərçivəsində  Gorus şəhərinin meri Aruş Aruşanyan ilə görüşüb. Musavat.com  erməni mediasına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.  Gorus şəhərində Böyük Britaniya səfiri mer Aruş Aruşanyanla görüşərək şəhərin inkişaf planlarını və yerli hakimiyyət orqanlarının icmaların ehtiyaclarına necə cavab verdiyini müzakirə edib. Yerli rəhbərliyin rolu və vətəndaş iştirakının vacibliyi də müzakirə edilib. "Gorus Sünik şəhərinin mühüm mərkəzlərindən biridir və  merin planlarını dinləmək və əməkdaşlıq imkanlarını müzakirə etmək faydalı oldu", - səfir Qallager qeyd edib.

Səfir Con Gallaqer Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının  nümayəndələri ilə də görüşüb.  Müşahidə missiyasının nümayəndələri ilə görüşdə səfir regional təhlükəsizlik vəziyyətinə toxunub. "Aİ-nin monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar.  Sünikdəkiləri  dinc şəraitdə yaşamaq və işləmək hüququ var",  səfir  qeyd edib.

Yada salaq ki, ermənilərin Sünik adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Zəngəzur mahalıdır ki, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir. Ərazinin yer və çay adları da bu yerlərin Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. “Sünik” sözünün mənası türkdilli tayfanın adı ilə bağlıdır.

Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekoti də Azərbaycanla sərhədə gəlib. Fransanın humanitar yardımının göstərilməsi proseslərini yerində qiymətləndirmək üçün Vayots Dzorda olub. Səfir X sosial şəbəkəsində  bu barədə yazıb, buranı Ermənistan ərazisinin əsas və strateji əhəmiyyətli hissəsi kimi qeyd edib. Səfərdə əsas diqqət bir neçə istiqamətə yönəldilib: sərhədyanı yaşayış məntəqələrində vəziyyət, Fransanın əhalinin həssas qruplarına dəstəyi, mədəni irsin qorunması. Səfir   Naxçıvanla sərhəddə yerləşən  Xaçik kəndində də olub. O vurğulayıb ki, Fransanın dəstəyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi kənd təsərrüfatı işlərinin davamlılığını təmin etmək üçün kəndin fermerlərini buğda toxumu ilə təmin edir. Səfir qeyd edib ki, 100-ə yaxın ailə üçün nəzərdə tutulan 20 ton toxum verilib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR