İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papasından Azərbaycan və Ermənistana çağırış: “....Vacibdir”

Roma Papası Fransisk Pasxa bayramı münasibətilə ənənəvi müraciətində Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsinə çağırış edib.

Musavat.com xəbər verir ki, Vatikanın "Müqəddəs Pyotr Meydanı"nda səsləndirilən Pasxa mesajında Papa, iki qonşu ölkəni tez bir zamanda sülh sazişini imzalamağa və bölgədə sabitliyi təmin etməyə səsləyib.

“Azərbaycan və Ermənistan arasında qəti barışın bərqərar olması və regionun yenidən qurulması üçün dua edirəm”, – deyə pontifikin müraciətində bildirilir.

Qeyd edək ki, Papa Fransisk bir müddət əvvəl xəstəxanada uzunmüddətli müalicə alıb və hələ də sağalma prosesindədir. Buna görə də Pasxa çıxışını özü deyil, Vatikanın mərasim ustası arxiyepiskop Dieqo Ravelli oxuyub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR