İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa Putinlə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu açıqladı

Roma Papası Fransisk mart ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib. Rusiya tərəfi hələlik sorğuya cavab verməyib. Pontifik özü hesab edir ki, Putin hələlik görüş keçirmək istəmir.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən Roma Papası bu tələbi müharibənin başlanmasından 20 gün sonra səsləndirdiyini bildirib.

O, Rusiya prezidenti ilə görüş üçün Moskvaya yollana biləcəyini deyib.

“20 günlük müharibədən sonra kardinal Parolindən Moskvaya getməyə hazır olduğum mesajını V.Putinə çatdırmağı xahiş etdim... Hələlik cavab almamışıq və israr etməyə davam edirik (görüş üçün – red.). Baxmayaraq ki, Putinin indi bu görüşü keçirə bilməyəcəyini və bunu istəmədiyini düşünürəm”, - deyə pontifik bildirib.

Mənbə: Kommersant

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR