Onlayn ictimai-siyasi qəzet
Panama Çinlə birgə “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını dayandırır.
Musavat.com xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra deyib.
Prezident həmçinin qeyd edib ki, Çinlə müvafiq sazişin vaxtından əvvəl ləğvi məsələsinə baxılır:
“Mən vacib bir qərar verdim və bu barədə sizə məlumat verirəm. Mənim hökumətim 2017-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsü üzrə Anlaşma Memorandumunu yeniləməyəcək. Həmçinin biz layihəni vaxtından əvvəl başa çatdırmaq imkanlarını öyrənəcəyik”.
Qeyd edək ki, Çin təşəbbüs çərçivəsində Panama kanalına böyük miqdarda investisiya yatırmaq müabilində kanalın idarəetmə hüququnu da əldə etmişdi.
ABŞ prezidenti Donald Tramp kanalın ölkəsi tərəfindən inşa olunduğunu əsas gətirməklə Çinin onun idarəçiliyində söz sahibi olmasına imkan verməyəcəklərini bəyan edib. Marko Rubionun Panamaya səfərinin əsas məqsədi Çinin kanalda iştirakı məsələsinin müzakirəsi olub.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ