İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın keçmiş baş naziri ölkə prezidentinin impiçmentini tələb edib

Pakistanın keçmiş baş naziri, Pakistan Xalq Partiyasından (PXP) senator Yusif Rza Gilani prezident Arif Alvinin impiçmentini tələb edib.

Bu barədə şənbə günü siyasətçi Multanda keçirdiyi mətbuat konfransında bildirib.

Senatorun fikrincə, hazırkı dövlət başçısı etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılan baş nazir İmran Xanın məsləhəti ilə Milli Assambleyanı (parlamentin aşağı palatasını – red.) buraxmaqla Konstitusiyanı pozub.

Gilani müxalifətdəki Ədalət Hərəkatı partiyasını “ölkədəki sabitliyi pozmaqda və iqtisadiyyatı məhv etməkdə” günahlandırıb.

“Xan zamanı və hökumətin resurslarını boşa xərclədi”, - deyə siyasətçi vurğulayıb. Onun fikrincə, keçmiş hökumət başçısının ritorikası “yalan” məcmusudur.

Qeyd edək ki, İmran Xan parlamentdəki etimadsızlıq səsverməsindən sonra aprelin 9-da istefa verib. Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif respublikanın yeni baş naziri seçilib.

Hazırda ölkədə yeni parlament seçkilərinə hazırlıq gedir və siyasi mübarizə qızışır. Respublikanın bütün iri şəhərlərində Xana və onun tərəfdarlarına dəstək üçün kütləvi aksiyalar keçirilir.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR