İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı

Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1697-yə çatıb.

Pakistan Milli Fəlakətləri İdarəetmə Agentliyinin (NDMA) məlumatına görə, həyatını itirənlərin 631-i uşaq, 340-ı qadındır. 12 867 nəfər isə yaralanıb.

Yağışlar nəticəsində iki milyondan çox evə ziyan dəyib, 1 163 000-dən çox təsərrüfat heyvanı tələf olub.

Daşqın nəticəsində 13 097 kilometr yol və 440 körpü dağılıb, ölkədə 33,4 milyon insan təbii fəlakətdən zərər çəkib.

Mənbə: Anadolu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR