Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-iyun aylarında Özbəkistanın qaz idxalı 5,2 milyard kubmetr təşkil edib.
Musavat.com xəbər verir ki, bu məlumatı Özbəkistan Vergilər Komitəsi sədrinin birinci müavini Mübin Mirzəyev Ali Məclisin Qanunvericilik Palatasının iclasında açıqlayıb. Onun sözlərinə görə, bu, 2023-cü ilin analoji dövrünün göstəricisindən 2,2 dəfə çoxdur.
Məlumata görə, ilin birinci yarısında Özbəkistanda qaz hasilatı 13,7 milyard kubmetr təşkil edib ki, bu da illik ifadədə 1,4 milyard kubmetr azalma deməkdir.
Özbəkistan Statistika Agentliyinin statistikasına əsasən bu ilin birinci yarısında Özbəkistana qaz idxalının dəyəri 809 milyon dolları ötüb ki, bu da 2023-cü ilin birinci yarısının göstəricisindən 4 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayından Özbəkistan Qazaxıstan ərazisi ilə Rusiyadan qaz idxal edir. 2023-cü ilin iyununda Özbəkistan “Qazprom”la illik tədarük həcmi təxminən 2,8 milyard kubmetr olan iki illik qaz alqı-satqı müqaviləsi imzalayıb. Bu müqavilə çərçivəsində çatdırılmalar 7 oktyabr 2023-cü ildə başlayıb. Eyni zamanda 2025-ci il noyabrın 1-dək “Qazprom” Mərkəzi Asiya – Mərkəz qaz kəməri ilə Mərkəzi Asiya ölkələrinə daha böyük həcmdə qaz tədarük etməyə başlamağı və Qırğızıstan, Qazaxıstan və Özbəkistanla 2024-cü ilin ortalarında orta müddətli on beş illik müqavilələr bağlamağı planlaşdırır.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ