İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair görüşün nəticələrindən danışıb

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqların 9 saat davam etdiyini bildirib.

“Prinsipcə, mətn yüksək səviyyədə hazırdır. İki-üç məqamla bağlı fikir ayrılıqları var. Onlar hələ də müzakirə olunmalıdır. Buraya dəmir yolunun konkret olaraq haradan keçəcəyi yerlərlə bağlı məqamlar da daxildir. Biz məhsulların gömrük nəzarətinin necə aparılması ilə bağlı razılığa gəldik”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR