İnsanlara hürriyət, millətlərə istiqlal!

“Otel Loo” Sevgililər Günündə təqdim olunacaq

Rejissor Elvin Rüstəmzadənin ekran həyatı verdiyi “Otel Loo” filminin təqdimat günü bəlli olub.

Musavat.com xəbər verir ki, baş rollarını Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadənin canlandırdığı film fevralın 14-ü təqdim olunacaq.

Xronomterajı 75 dəqiqə olan “Otel Loo” komediya janrındadır.

Murad tanınmış psixoloqdur, o müxtəlif sosial verilişlərdə ekspert kimi çıxış edir. Bir gün onun qəbuluna məşhur müğənni Aliyə gəlir və münasibətə başlamağı təklif edir. Belə ki, Aliyə ezoterikaya, numerologiyaya, astrologiyaya həddən artıq inanır, həyatını bürclərə uyğun yaşayır. O, Muradı televizorda görüb, bəyənib, bürcü ilə maraqlanıb, və müəyyən edib ki, ona ən uyğun partnyor Muraddır. Hattə ilk gecəni keçirəcəkləri otelin otaq nömrəsini də bürclərə əsasən seçir ki, düşərli olsun. Bütün hadisələr isə bundan sonra başlayır.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR