İnsanlara hürriyət, millətlərə istiqlal!

Osman Gündüz: "MİDA-nın sistemində bir "İT hazırlıq" ədalətsizliyi var"

Məlum olduğu kimi iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başa çatıb. Bu dəfə də MİDA ciddi tənqidlərlə üzləşib. ənqid hədəfinə tuş gəlib.

Qurum bütün halların araşdırılacağı barədə açıqlama versə də, bu, narazılıqlar səngimək bilmir. Əksər vətəndaşlar proses zamanı sistemdə donmaların, texniki problemlərin yaşandığını, bu səbəbdən də ev uda bilmədiklərini deyir. Ekspertlər də haqlı narazılıqların məhz texniki problemlə bağlı olduğunu bildirir.

"Belə görünür ki, MİDA-da həm satışdan öncə, həm də satışdan sonra, qabaqcadan bəlli olan bir çatışmazlıq var. Yəni, MİDA-nın onlayn satış prosesi nə qədər texnoloji cəhətdən effektiv, insan amili rol oynamayan, təmaslar olmayan bir sistem olsa da, mahiyyətində öncədən bir "İT hazırlıq" ədalətsizliyi var".

Musavat.com bildirir ki, bu sözləri İT mütəxəssisi Osman Gündüz məsələyə münasibət bildirərkən deyib. 

412956155_109_0_1000_668_1920x0_80_0_0_3813e0278a8e57f4d4ae1367b27607ba.jpg (149 KB)

Osman Gündüz

Ekspertin fikrincə, MİDA-nın ötən həftəsonu baş tutan satışla bağlı detallı statistikanı paylaşmazdan öncə daxil olan şikayətlərlə bağlı əlaqədar qurumlarla birgə araşdırmaların yekunu haqqında məlumatı açıqlaması doğru olardı:

"Yalnız bunun nəticəsindən asılı olaraq satışın necə baş tutduğunu demək doğru olardı.

Eyni zamanda, fikrimcə MİDA indiyədək bu istiqamətdə verilən təklifləri ( alternativ satış üsulu, şəffaflığın artırılması, canlı yayım, müstəqil audit, uğur qazananların siyahılanının dərci və s) bir daha nəzərdən keçirməli və tətbiq etməlidir.

Həm sonuncu satış, həm də bundan öncəki satış prosesi ciddi problemlər , ciddi fəsadlar (sistemin çökməsi, kiber hücumlar, sistemə daxil ola bilməmək, Asan imza və eGov problemi və s) olmadan başa çatıb.

Görünürdü ki, aidiyyatı qurumlar profilaktikanı xeyli gücləndiriblər.

Bununla belə, sonuncu satışdan sonra satış prosesinin özündə, yəni sistemə daxil olduqdan sonra problemlərin olması ilə bağlı iştirakçılar tərəfindən sosial mediada xeyli şikayətlər paylaşılıb. MİDA bu faktların quruma göndərilməsi ilə bağlı müraciət də edib. Düşünmək olar ki, MİDA fərdi qaydada bu müraciətləri araşdırmaqla məşğuldur".

Ekspert həmçinin bundan öncəki satışın, hətta DEMO-nun nə qədər fərqli olsa da, narazılıqların az olması ilə yadda qaldığını vurğulayıb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR