İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordunun sabiq baş cərrahı Famil Babayev Rusiyada vəfat etdi

Azərbaycan Silahlı Qüvvələrin sabiq baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev vəfat edib.

 
Qafqazinfo.az-ın məlumatına görə, o, 56 yaşında Rusiyanın Tver şəhərində dünyasını dəyişib.
 
Qeyd edək ki, AR Silahlı Qüvvələrin sabiq baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev on ilə yaxın bu vəzifədə çalışıb. Famil Babayev 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra, Tver Tibb Universitetinin fakültə cərrahiyyə kafedrasının professoru, 2018-ci ildə isə bu kafedranın müdiri vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrdan isə  Universitet Klinikasının fəaliyyətinə nəzarət edən tibb işləri üzrə prorektorun köməkçisi vəzifəsinə təyin edilib. 2019-cu ilin iyun ayından o,  həm də 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib.
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR