İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ neft hasilatını daha sürətlə artıracaq – Bazarda qiymətlər düşməyə başladı  

OPEC+ razılaşmasının səkkiz iştirakçısı iyul ayında hasilatı növbəti dəfə kəskin artırmaq barədə müzakirələrə aparırlar.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg müzakirələrdə iştirak edən nümayəndələrə istinadən yayıb.

Qeyd edək ki, OPEK+-un 8 iştirakçısı bazarda qiymətləri saxlamaq üçün 2022-ci ildən könüllü şəkildə hasilatı azaldıblar. Bu azalmanın tədricən aradan qaldırılması nəzərdə tutulurdu. Lakin aprel və may aylarında ölkələr prosesi sürətləndirmək qərarına gəldilər: hər ay gündəlik 120-130 min barel əvəzinə 411 min barel. İndi isə iyulda da hasilatın daha 411 min barel artırılması üçün müzakirələr aparılır.
İştirakçı ölkələrin nümayəndələri "Bloomberg"ə bildiriblər ki, hələlik yekun razılıq əldə olunmayıb. Qərar iyunun 1-də veriləcək.

Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldıb və bu məhdudiyyətləri 2026-cı ilin aprel ayından oktyabr ayına qədər 130-140 min barel həcmində tədricən bərpa etməyi planlaşdırıb.

2024-cü ilin yanvar ayından etibarən bir sıra iştirakçı ölkələrin yığılmış artıq hasilatı sutkada 4,6 milyon barel təşkil edib: İraq - demək olar ki, 2 milyon barel, Qazaxıstan - 1,3 milyon barel, Rusiya - 0,7 milyon barel, BƏƏ - təxminən 0,4 milyon barel. Rusiya kəsiri bu ilin oktyabrına, qalan ölkələr isə 2026-cı ilin iyuluna qədər kompensasiya etməyi öhdələrinə götürüblər. Səkkiz ölkənin hasilatı artırmaq qərarının artıq həcmlərin kompensasiya edilməsi müqabilində bazara az təsir edəcəyi gözlənilsə də, Bloomberg məlumatı yaydıqdan sonra neft qiymətləri 1 dollardan çox azalıb. Hazırda proses davam edir. Brent markalı etalon neftin 1 bareli 65 dollardan aşağı satılır.

Dünya bazarına ABŞ-da neft ehtiyatlarının artması da qiymətsalıcı təsir göstərir. Belə ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədəki kommersiya neft ehtiyatları ötən həftə 1,328 milyon barel artıb. Trading Economics-ə görə, analitiklər orta hesabla 1,85 milyon barel azalma proqnozlaşdırmışdılar. Mayın 16-da bitən həftədə benzin ehtiyatları 816 min barel, distillat ehtiyatları isə 579 min barel artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR