Onlayn ictimai-siyasi qəzet
Amerikalı ulduz Cennifer Lopezin İstanbulda planlaşdırılan konserti ilə bağlı diqqətçəkən bir detal məlum olub.
Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, konsert zamanı 50 şanslı tamaşaçı Lopezlə fərdi şəkildə görüşmək imkanı əldə edəcək. Bunun üçün isə onlar xüsusi “Meet & Greet” paketlərini əldə etməlidirlər.
Bu bilet paketlərinin qiyməti 100 min lirədən başlayır ki, bu da təxminən 4 263 manata bərabərdir. Həmin şəxslər ulduz sənətçi ilə bir araya gəlib, söhbət etmək və onunla xatirə fotosu çəkdirmək şansı qazanacaqlar.
Xatırladaq ki, Cennifer Lopezin İstanbul konserti 5 avqust tarixində baş tutacaq.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ