İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar ya məhv edilməli, ya da Qarabağda rədd olub getməlidirlər” - Akif Nağı

“Artıq ermənilərin əli hər yerdən üzülüb, ona görə də hər vəchlə vaxtı uzatmağa çalışırlar. Azərbaycan da səbrlə onları çıxdıqları yerə qədər qovmaqla məşğuldur”.

QAT sədri Akif Nağı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Bildirdi ki, ermənilər prosesi uzatmaqda bir neçə məqsəd güdürlər: “Həm Qarabağ və Şərqi Zəngəzurdan ermənilərin Ermənistana yeni köçündən köçünün yaradacağı təhlükələrdən ehtiyat edirlər. Eyni zamanda bu, torpaqlarımızın öz həqiqqi sahiblərinin geri qayıtması prosesnin bir hissəsidir. Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə qayıtması böyük hadisədir. Ermənilər də bundan narahatdırlar. Ona görə də bu prosesə mane olmağa çalışırlarlar. Bilirsiniz ki, 2020-ci il 10 noyabr razılaşmasına görə, yeni yolun çəkilməsi 3 il ərzində həyata keçirilməli idi. Amma Azərbaycan bu prosesin sürətlənməsini istəyir və onu əsas götürür ki, razılaşmada üç ilin qeyd olunması o qədər gözləmək anlamına gəlmir, tez mümkündürsə, gözləməyə ehtiyac yoxdur. Onlar bir ara “rus sülhməramlıları” deyilənlərin vasitəsilə işləri ləngitməyə çalışdılar. Eyni zamanda Ermənistan ərazisində işlərə başlamaq istəmədilər. Amma indi artıq yolun tikintisinə başlamaq zorundadırlar. Böyük ehtimalla vaxtı üç ilə qədər dartıb uzatmağa cəhd edəcəklər. Azərbaycan onların bu məkrli niyyətlərini də heçə endirmək üçün uyğun addımlar atmalıdır. Bir məsələ doğrudur ki, onlar Qarabağdan gözlərini çəkməlidirlər. Bunu nə qədər tez anlasalar, prosesi də o qədər ağrısız keçirəcəklər”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır” sözlərinə gəldikdə, A.Nağı qeyd etdi ki, Ermənistandan hərbi qulluqçuların Qarabağa göndərilməsi də ermənilərin özlərini dolaşdırdıqları məsələlərdəndir: “Onlar hələ də dünyanı aldatmağa çalışırlar ki , Qarabağda Ermənistan əsgərləri olmayıb , hərbi qüvvələri orada döyüşməyib ,guya müharibə Azərbaycanla hansısa “Artsak” arasında olub. Hər kəs bilir ki , 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub və Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində “məğlubedilməz” dedikləri Ermənistan ordusunu darmadağın edib. İndi Azərbaycan Qarabağın bütün ərazilərindən Ermənistan və erməni silahlı birləmlərinin tam çıxarılmasını tələb edir, bu tələbini 10 noyabr razılaşmasına uyğun olaraq təkidlə irəli sürür”.

QAT sədri bildirdi ki, Ermənilərin artıq qaçmağa yeri yoxdur, çünki Rusiya da bu haqlı tələbi yerinə yetirmək məcburiyyətindədir: “Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə tələbi yuerinə yetirməkdən çəkinməyə çalışır. Bir müddət əvvəl Ermənistan baş qərargahının rəis müavini Saakyan da bu cür açıqlama vermişdi, indi artıq siyasi rəhbərliyin nümayəndəsi Qriqoryan da eyni fikri təkrar edir. Onların məqsədi həm Ermənistan cəımiyyyətini sakitləşdirməyə , həm də həmin ərazuilərdə müxtəlif ad altında hərbi mövcudluqlarını saxlamağa yınəlib. Bu məqsədlə hansısa “müdafiə ordusu” ifadəsini ortaya atırlar. Orada heç bir “müdafiə ordusu” yoxdur, Araikin rəhbərlik etdiyi terror dəstələri var. Onlar ya məhv edilməli, ya da Qarabağda rədd olub getməlidirlər. Azərbaycan bu məsələdə heç bir güzəştə getməməlidir”.

 E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR