İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar həbs olunmadıqları üçün “yanırlar” - Bakıdakı FETÖ-çuların beli qırıldı... - ŞOK YAZI

Milli Məclisin deputatı Elşən Musayev FETÖ olayları və Azərbaycana qarşı digər təşkilatlarla bağlı müəllif yazısı yazıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq yazını olduğu kimi təqdim edir.

Azərbaycana qarşı sistemli iş gedir və məsələ bir tək FETÖ söhbəti deyil. Şəbəkə genişdir və FETÖ uzantıları həmin şəbəkənin sadəcə qanadlarından biridir.

FETÖ.jpeg (67 KB)

Qarabağdakı uğurumuzdan, ələlxüsus əzəli torpaqlarımıza Böyük Qayıdışın başlamasından sonra kənar həmlələrin olacağına kimsə şübhə etmirdi. Çünki regionda güc nisbətinin dəyişməsi sıradan bir məsələ deyil və belə olan halda təbii ki, Azərbaycan qısqanılacaqdı, təməlli sülhün əngəllənməsi üçün müəyyən qüvvələr hərəkətə keçəcəkdi, daxili - sapı özümüzdən olan baltaların resursları cəmlənəcəkdi, müxalifət adı ilə xarici piştaxtalarda dövlət və millət maraqlarını 5 qara qəpiyə satmağa hazır olan dəllalların, namərdlərin, anti-milli ünsürlərin siyahısı hazırlanacaqdı...

Diqqət edin. FETÖ daxil bütün siyasi terror hörgütləri, internet mafiozları, “söyüş müxalifəti” və s. qüvvələr nə zaman hərəkətə keçirlər? Sadəcə siyasi həssaslıq yaranan zamanmı? Xeyr! Əsasən xaricdən təlimat verilən zaman! Bəli, məhz təlimat verilən zaman. Üstəlik, həmin təlimatlar heç də hamının gördüyü “üst düzey” prinsiplərinə əsaslanmır. Şəbəkənin məlumatları, informasiya çıxışı genişdir və öz planlarını ən az 2 ay sonra üçün müəyyənləşdirirlər, hədəfi gen götürürlər, ciddi bir təhlildən sonra prosesə start verirlər.

Sadə bir misal deyim: Hazırda partiyaların qeydiyyat məsələsi gedir və qanunun əsas tələbi 5 min imzadır. Amma fikir verirsinizsə, Nazim Bəydəmirli, Qubad İbadoğlu kimi tipajlar Əli Kərimli üçün daha vacib əhəmiyyət kəsb edir, nəinki partiyasının qeydiyyatı. Hə, arada qışqırır, status yazır, yazdırır. Fəqət, açıq-aydın hiss olunur ki, prioritet başqadır. Çünki haqqında danışdığım, onlara verilən təlimat budur! Üstəlik, siyasətdə maliyyənin, pulun oksigen funksiyası daşıması hər kəsə bəllidir və bu minvalla FETÖ daxil bir çox şəbəkə, eyni zamanda bəzi radikal dini kəsim siyasi “fətva” və ciddi maliyyə qarşılığında Əli Kərimlinin ətrafına yönləndirilə bilərdi. Amma yönləndirilmədi! Bilirsinizmi niyə? Çünki Əli Kərimli və bu tip siyasətçilər partiya sədri kimi xarici qüvvələrin marağında deyil. Daha dəqiq desəm: hətta həmin xarici qüvvələr belə anlayırlar ki, bu adam öz ölkəsinin siyasi məkanında bir qara qəpiklik hörmətə sahib deyil, onun bütün siyasi moizələri sabun köpüyüdür və beləsinə siyasi “stavka” eləmək olmaz. Fəqət!!! “Stavka” olunmasa da, istifadəsi mümkündür. Qara işlərdə. Provokativ mövzularda. Cinayətkar, “va-bank” obrazında.

kerim.jpg (67 KB)

Leyla Yunusu xatırlayırsızmı? Xarici ölkələrdən birinin səfirliyi ona vizanı 1 saat 10 dəqiqə müddətində vermişdi. Amma tutaq ki, mən millət vəkili, partiya sədri olaraq özümə, ailə üzvümə onların hansısa birindən viza istəsəm, ən az 1 ay gözləməliyəm. Səfirlə görüşmək istəsəm, yenə əvvəldən randevu təyin edilməlidir. Hətta məktublaşmaq istəsəm, yenə zaman standartlarına riayət etməliyəm. Sizcə, niyə? Bu ayrıcalıq nədir? Görəsən hansı səbəbdən Qubad İbadoğlu ilə bağlı həbs qərarı veriləndən cəmi 20 dəqiqə sonra səfirliklərin hazır bəyanat mətnləri ortalığa çıxdı? Görəsən hansı “əl” İbadoğlunu bu şəkildə qorumaq qərarına gəldi? Görəsən hansı səbəbdən London Universiteti tələm-tələsik yeni kontrakt imzaladı?

Başqa bir məqama diqqət edin. Hədəfdə həm də... milli mediamızdır. Və ya gündəmdə bu qədər mövzu var, amma Cəmil Həsənli, “Azadlıq” qəzeti Rauf Arifoğludan və onun rəhbərlik etdiyi “Yeni Müsavat”dan əl çəkmir. Hələ son günlər “Qafqazinfo”nu da siyahıya əlavə ediblər. Vururlar, bacara bildikləri qədər. Sırf oxunaqlı olduqları üçün. Dövlətə xəyanət etmədikləri üçün. “Azadlıq” kimi qrant iyi gələn, sifarişli yazılar yazmadıqları üçün...

***

Şəbəkə xüsusi kamikadzelər yetişdirib. Tofiq Yaqublu formatında. Və belələri əllərindən gələni edirlər ki, hədəfə gəlsinlər, həbs edilsinlər. Amma həbs olunmurlar və həbs olunmadıqları üçün əsəbiləşirlər, “yanırlar”. Bəli, absurd səslənir. Razıyam. Amma dediyim həqiqətdir! Bu tip zombiləşdirilmiş və Çingiz Aytmatovun məşhur obrazına çevrilmiş kamikadzelər həbsdən azadlığa çıxmaq üçün deyil, məhz azadlıqdan həbsə girmək üçün yanırlar! Onlar azadlıqda darıxırlar. Onlar azadlığı həzm edə bilmirlər!

fuad.jpg (55 KB)

Türkiyədəki seçki ərəfəsində Fuad Qəhrəmanlının Öcalanın əsas adamı olan Demirtaş haqda söylədiyi müsbət fikirlər, təriflər, onu Türkiyə siyasətinin “açar fiquru” adlandırması, AXCP-nin 5 nəfərdən ibarət üvzünün Türkiyəyə 2 aylıq səfəri sizcə, sıradanmı bir məsələ idi? Xeyr, əzizlərim! Bu da təlimat idi. Onlara azərbaycanlılarla işləmək, Ərdoğanın nüfuzunu aşağı salmaq istiqamətində təbliğat aparmaq, kürd və FETÖ-çu mafiyasına daha da yaxından inteqrasiya olmaq tapşırığı verilmişdi. Və nə təəssüf ki, bu casuslar müəyyən bölgələrdə yaşayan bəzi soydaşlarımızı əks istiqamətə yönləndirməyi bacarmışdılar...

Üstəlik, bir məqamı da bilin və əmin olun. Ərdoğan qələbə çaldığında Kılıçdaroğludan min daha betər beli qırılan, yasa batan Azərbaycanın radikal müxalifəti və Türkiyədəki, Qərbdəki, Bakıdakı FETÖ-çular idi...

Şəbəkə bu ünsürlərə pul buraxırmı? Buraxır. Öz də “n”qədər. Hamınızdan, hamımızdan çoxdur pulları. Çörək içində çörək yeyən blogerin 200 min avroluq avtomobil sürməyindən, ictimai əsasla cangüdən saxladığını deyən Əli Kərimlinin ancaq həmin adamlara ayda 25 min manat əməkhaqqı verməyindən, Qubad İbadoğlu daxil, özünü məzlum kimi göstərən bütün hiyləgərlərin övladlarının xaricdəki illik təhsil haqqının ən az 30 min avro olmasından yəqin çoxlarının xəbəri yoxdur...

***

İndiyə qədər adı FETÖ ilə hallanan bir adam gördünüzmü ki, çıxıb desin, Fətullah şərəfsizdir. Lənət olsun ona? Hərgah, belə söyləməklə ən azından şübhələri öz üzərlərindən ata bilərdilər. Yox. Demədilər. Çünki deyə bilməzdilər! Çünki FETÖ bunları “verbovka” eləmədən, onlar haqda kompromat yığmadan təlimatlar verməyib. Çünki bunlar özlərini satışa çıxardıqları üçün satın alınıblar. Çünki bunlar şüurlu şəkildə tələyə düşüblər və həmin tələni haqq ediblər!

Tələni haqq edənlər isə heç şübhəsiz, cəzanı da haqq edirlər...

musayev.jpg (76 KB)

Elşən Musayev, Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR