İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizə xain damğası vurmağa çalışmayın!” - Mamicanyandan ŞOK ÇIXIŞ

Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə müxalifətdə olan Respublikaçılar Partiyasının deputatı Ayk Mamicanyan hakim “Vətəndaş sazişi” partiyasını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, o, Paşinyan iqtidarının yalanlarının miqyasının ağlasığmaz səviyyəyə çatdığını iddia edib.

“Dünən hakim partiyanın deputatı Vahan Aleksanyan parlament tribunasında açıq-aşkar yalan danışdı. Yaxud da sadəcə göstərmək istədi ki, “Macbook”u var. Mən bu hərəkətdə başqa heç bir məntiq görmürəm”, - deyə Mamicanyan bildirib.

Onun sözlərinə görə, Aleksanyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ilə ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Bayden arasında baş tutmuş telefon danışığının məzmunu barədə yanlış informasiya verib.

Deputat əlavə edib ki, bu məsələ ilə bağlı vaxtilə ABŞ-ın Ermənistandakı səfirliyi rəsmi mövqe açıqlayıb:

“Prezident Serj Sarkisyan ABŞ prezidenti Barak Obamanın 24 aprel münasibətilə verdiyi bəyanatın məzmununu vitse-prezident Baydenlə müzakirə etməyib və Nümayəndələr Palatasında 252 saylı qətnamənin baxılmasını təxirə salmağa çalışmayıb. Əksinə, vitse-prezident Bayden əsasən Türkiyə-Ermənistan münasibətlərinə toxunub. Hər iki lider bu münasibətlərin ön şərt olmadan normallaşdırılmalı olduğu fikrində razılaşıblar”.

Sonda Mamicanyan hakim partiya nümayəndələrinə səslənərək deyib:

“Bizə xain və dönük damğası vurmağa çalışmayın. Bu titullar sizə tamamilə layiqdir və əbədi olaraq sizə məxsusdur. Sizin üçün heç nə fərq etmir və Melik-Frangülün şöhrəti sizə rahatlıq vermir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR