Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Krımın Rusiyaya məxsusluğunu tanımaq fikrində deyil.
Musavat.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ABŞ-ın sülh planı çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya verib.
O bəyan edib ki, Avropa İttifaqı Krımın işğalını heç vaxt qanuni saymayacaq və bu məsələdə mövqeyi dəyişməz qalacaq: “Krım Ukraynanındır və bu, beynəlxalq hüquqla təsdiqlənmiş faktdır.”
Bu açıqlama, ABŞ-ın yeni sülh planında Krımın Rusiyaya məxsusluğunun qəbul edilməsi kimi bir şərtin yer aldığı barədə yayılan məlumatlardan sonra səsləndirilib.
Kalasın bəyanatı Avropanın prinsipial mövqeyinin davam etdiyini göstərir.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ