İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn maşınların böyük hissəsi Çindən gəlir – qiymətlər yüksələcək  

“Azərbaycana gətirilən avtomobillərin böyük bir qismi Çin istehsalıdır. Doğrudur, ənənəvi markalar öz üstünlüyünü qoruyur, lakin daha ucuz qiymətli və yeni modifikasiyaya uyğun avtomobil axtaranlar Çin avtomobillərinə üz tuturlar”.

Bunu Musavat.com-a açıqlamasında Aərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, idxalın artması son verilmiş qərarla bağlıdır: “Taksi xidməti göstərən  avtomobillərin istehsal ili ilə bağlı müəyyən məhdudiyyət qoyuldu.  Bundan sonra  bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar avtomatik Çin bazarına üz tutdular. Hələ də dizel və benzindən istifadə edən avtomobillərin rüsumları çox yüksəkdir.  Hibrid və elektrik maşınlarının güzəştli rüsumları mövcudur. Bu da onlara müraciət edənlərin sayını artırır. Getdikcə bazar yenilənir və müasir dövrün tələblərinə uyğunlaşır.

Dünyada fəaliyyət göstərən avtomobil zavodları inflyasiya və qlobal qiymət artımı ilə əlaqədar xərclərin artımına məruz qalıb. Yəni bir avtomobilin əvvəlkilərə nisbətən daha da çoxalıb. Bu da qiymətlərdə dəyişiklik yaradıb. Elektrikli və hibrid avtomobillərə tələbat artdıqca qiymət artımı yaşanacaq. Digər ənənəvi yanacaq növlərindən istifadə edən avtomobillərə isə tələbat o qədər də yüksək deyil”.

Vüqar Orucun sözlərinə görə ölkəyə gətirilən avtomobillərin bir qismi icarəyə götürülür.
 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR