Onlayn ictimai-siyasi qəzet
NOW TV-də yayımlanan “Şakir Paşa Ailəsi” serialı yayıma başladığı gündən bu yana saysız-hesabsız problemlərlə qarşılaşıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, çəkiliş meydançasında baş verən yanğınlar, heyət üzvünün faciəli ölümü, Türkiyə Radio-Televiziya Üst Qurumunun (RTÜK) tətbiq etdiyi cərimələr, eləcə də Şakir Paşanın nəvələrinin hüquqi addımları səbəbilə serialın 16-cı bölümdə mövsüm finalı edəcəyi gözlənilirdi.
Ancaq jurnalist Birsen Altuntaşın verdiyi açıqlamaya görə, mövsüm finalı daha erkən tarixə çəkilib. Reklam gəlirlərinin azlığı səbəbindən 13-cü bölümü yayımlanmayan serial, artıq 15-ci bölümdə mövsümə ara verəcək.
Beləliklə, “Şakir Paşa Ailəsi” bir bölüm erkən mövsüm finalı edəcək və 15-ci bölümdə tamaşaçılara müvəqqəti vida edəcək.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ